Papua Yeni Qvineyada silahlı şəxslər təyyarəni qaçırıblar

Papua Yeni Qvineyada silahlı şəxslər təyyarəni qaçırıblar Papua Yeni Qvineya adalarından birində 8 silahlı şəxs Tropicair aviaşirkətinə məxsus təyyarəni qaçırıb.
Digər ölkələr
26 Noyabr , 2019 13:32
Papua Yeni Qvineyada silahlı şəxslər təyyarəni qaçırıblar

Papua Yeni Qvineya adalarından birində 8 silahlı şəxs "Tropicair" aviaşirkətinə məxsus təyyarəni qaçırıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, insident təyyarənin yanacaqla doldurulduğu Yeni Britaniya adasının cənubundakı Qasmat hava limanında baş verib.

Aviadaşıyıcının məlumatına görə, silahlı şəxslər təyyarəni ələ keçirdikdən sonra pilotu göyərtədə sərnişin olmadan istifadə edilməyən aerodroma uçmağa məcbur ediblər. 

"Hava limanına çatdıqdan sonra silahlı şəxslər təyyarədə olan baqaj və yükləri oğurlayaraq qaçıblar", - aviaşirkət rəsmisi bildirib. 

Onun sözlərinə görə, hadisə nəticəsində kapitan xəsarət almayıb, təyyarəyə zərər dəyməyib.

Son xəbərlər

Orphus sistemi