Paolo Centiloni İtaliya hökumətinin yeni tərkibini elan edib

Paolo Centiloni İtaliya hökumətinin yeni tərkibini elan edib Bir sıra nazirlər, gözlənildiyi kimi, öz postunda qalıb
Digər ölkələr
12 Dekabr , 2016 22:33
Paolo Centiloni İtaliya hökumətinin yeni tərkibini elan edib

Bakı. 12 dekabr. REPORT.AZ/ İtaliyanın baş naziri Paolo Centiloni yeni Nazirlər Kabinetinin tərkibini təqdim edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Prezident Dəftərxanasının baş katibi Uqo Dzampetti məlumat verib.

Onun sözlərinə görə, nazirlərin adları baş nazirin prezident Serco Mattarella ilə görüşü zamanı təqdim olunub.

Bir sıra nazirlər, gözlənildiyi kimi, öz postunda qalıb. İqtisadiyyat və maliyyə naziri Pyer Karlo Padoan, iqtisadi inkişaf naziri Karlo Kalenda, müdafiə naziri Roberta Pinotti və ədliyyə naziri Andrea Orlando vəzifəsini davam etdirəcək. İtaliyanın yeni xarici işlər naziri "Yeni Sağ-Mərkəzçi Qüvvələr" Partiyasının sədri Ancelino Alfano seçilib. O, Silvio Berluskoninin dövründə ədliyyə naziri, Matteo Rentsinin zamanında isə daxili işlər naziri olub.

Son xəbərlər

Orphus sistemi