Pandemiyanın ikinci ən təhlükəli ölkəsində son vəziyyət açıqlandı

Pandemiyanın ikinci ən təhlükəli ölkəsində son vəziyyət açıqlandı Son sutkada Braziliyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 70 mindən çox artıb.
Digər ölkələr
30 İyul , 2020 03:35
Pandemiyanın ikinci ən təhlükəli ölkəsində son vəziyyət açıqlandı

Son sutkada Braziliyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 70 mindən çox artıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, bununla da Cənubi Amerika ölkəsində koronavirus xəstələrinin sayı 2,5 milyonu ötüb.

Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində Braziliyada həkimlər virusa 70 074 yeni yoluxma və 1 595 ölüm hadisəsini qeydə alıblar.

Braziliyada infeksiyanın yayılmasının bütün vaxtı ərzində 2 553 265 yoluxma aşkarlanıb, COVID-19-dan 90 134 pasiyent ölüb. Bununla yanaşı, virusdan 1,7 milyondan çox pasiyent sağalıb.

Qeyd edək ki, Braziliya koronavirus infeksiyasının yayılması baxımından dünyada ikinci ən təhlükəli ölkədir. Cənubi Amerika ölkəsində təhlükəli infeksiyaya 2 555 518 yoluxma qeydə alınıb. Bununla yanaşı, 90 188 nəfər COVID-19-dan ölüb.

Son xəbərlər

Orphus sistemi