Yuxarı
    Bağlamaq

    ​Pan Gi Mun: "İnsan haqlarının pozulmasının qarşısı birlikdə alınmalıdır"

    BMT-nin baş katibi: Bu sahədə önləyici tədbirlər görmək üçün BMT-nin mandatı və mexanizmi var

    Bakı. 2 mart. REPORT.AZ/ Beynəlxalq ictimaiyyət insan haqlarının pozulmasının qarşısını almaq üçün güclərini birləşdirməlidir.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Pan Gi Mun Cenevrədə qurumun İnasan Haqları üzrə Şurasının 28-ci sessiyasındakı çıxışında deyib.

    "Bu sahədə önləyici tədbirlər görmək üçün BMT-nin mandatı və mexanizmi var. Bu istiqamətdə əsas maneə üzv-dövlətlər arasında siyasi konsensusun olmamasıdır", - o, bildirib.

    O, münaqişə səbəbindən Suriyada insan haqlarının vəziyyətinin acınacaqlı olduğunu vurğulayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi