Pakistanın yeni baş naziri seçilib

Pakistanın yeni baş naziri seçilib O, bu vəzifəni müvəqqəti olaraq icra edəcək
Digər ölkələr
1 Avqust , 2017 16:50
Pakistanın yeni baş naziri seçilib

Bakı. 1 avqust. REPORT.AZ/ Pakistanın keçmiş neft və təbii ehtiyatlar naziri Şahid Hakkan Abbasi ölkənin yeni baş naziri seçilib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, avqustun 1-də Pakistan parlamentinin Aşağı Palatasında məsələ ilə bağlı səsvermə keçirilib.

Qeyd edək ki, o, bu vəzifəni müvəqqəti olaraq icra edəcək. Çünki hakim Pakistan Müsəlmanlar Liqası bu posta korrupsiya ilə əlaqədar istefaya göndərilən Nəvaz Şərifin qardaşı, Pəncab əyalətinin birinci naziri Şahbaz Şərif ölkənin baş naziri postuna namizəd irəli sürülüb. Baş nazir olmaq üçün Şahbaz Şərif Pəncab əyaləti parlamentinin Aşağı Palatasına deputatlıqdan, habelə səlahiyyətlərindən könüllü olaraq imtina etməli, Pakistan parlamentinin Aşağı Palatasına üzv seçilməlidir. Parlamentə aralıq seçkilər sentyabrın 17 –də keçiriləcək. Seçkidə Şahbaz Şərif qələbə qazanarsa, o zaman Abbasi istefa verəcək. Şahbaz Şərifin namizədliyi Milli Assambleyada səsverməyə çıxarılacaq. Bu qurumda Pakistan Müsəlman Liqasının üzvləri çoxluq təşkil etdiyindən Şahbaz Şərifin baş nazir olması ehtimal böyükdür. Bu qaydaların yerinə yetirilməsi 45 gün davam edəcək. Bu vaxtadək Nəvaz Şərifin yaxın ətrafındakı şəxslərdən, deputat mandatı olan hökumət üzvlərindən biri müvəqqəti olaraq baş nazir vəzifəsini icra edəcək. İyulun 28-də Pakistan məhkəməsinin qərarı ilə baş nazir Nəvaz Şərif korrupsiyada ittiham edilərək vəzifəsindən kənarlaşdırılıb. Məhkəmənin qərarı ilə Nəvaz Şərif ömürlük dövlət vəzifəsi tutmaqdan məhrum edilib. 

Xatırladaq ki, Ş.Şərif 1951-ci ildə anadan olub. Lahorda “Government College” Universitetində təhsil alıb. O, müxtəlif vəzifələrdə işləyib. 1999-cu ildə general Pərviz Müşərrəfin hərbi devrilişindən sonra qardaşı ilə birlikdə Səudiyyə Ərəbistanına qaçıb. 2007-ci ilədək orada yaşayıb və həmin il Pakistana dönüb. Şahid Abbasi 1958-ci ildə anadan olub. O, Corc Vaşinqton Universitetində təhsil alıb. 1999-cu ildəki hərbi çevrilişdən sonra həbs edilib, 2 il azadlıqdan məhrum olunub.

Son xəbərlər

Orphus sistemi