Pakistanın sabiq prezidenti Pərviz Müşərrəfin səhhəti pisləşib

Digər ölkələr
  • 12 fevral, 2016
  • 01:32
Pakistanın sabiq prezidenti Pərviz Müşərrəfin səhhəti pisləşib

Bakı. 12 fevral. REPORT.AZ/ Pakistanın sabiq prezidenti Pərviz Müşərrəfin Kəraçi şəhərindəki evində halı pisləşərək özündən gedib və xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, 72 yaşlı Müşərrəfin özündən getməsi yüksək qan təzyiqi ilə bağlı olub. 2014-cü ildə isə Müşərrəf ürək tutması diaqnozu ilə Ravalpindi şəhərindəki xəstəxanada müalicə almışdı.

Xatırladırıq ki, Pərviz Müşərrəf 2001-2008-ci illərdə Pakistanın prezidenti olub.

44 filmi