Pakistanın cənubunda yük maşını avtobusla toqquşub, 17 nəfər həlak olub

Pakistanın cənubunda yük maşını avtobusla toqquşub, 17 nəfər həlak olub Bakı. 20 noyabr. REPORT.AZ/ Pakistanın cənubunda baş verən ağır yol qəzasında 17 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.
Digər ölkələr
20 Noyabr , 2017 10:38
Pakistanın cənubunda yük maşını avtobusla toqquşub, 17 nəfər həlak olub

Bakı. 20 noyabr. REPORT.AZ/ Pakistanın cənubunda baş verən ağır yol qəzasında 17 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, qəza ölkənin cənubundakı Sind əyalətinin Xayrpur şəhəri yaxınlığında baş verib.

Ranipur-Sikkur marşrutu üzrə hərəkət edən kömür daşıyan yük maşını avtobusu ötməyə çalışarkən onunla toqquşub.

Polis yük maşını sürücüsünün idarəetməni itirdiyini və qəza nəticəsində 17 nəfərin ölümünə səbəb olduğunu bildirib.

Hazırda xəsarət alanların hamısı Xayrpur şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib, yaralılardan ikisinin vəziyyəti ağırdır.

Son xəbərlər

Orphus sistemi