Pakistanın Bakıdakı səfirliyində “Kəşmirin Qara Günü” ilə bağlı tədbir keçirilib

Digər ölkələr
  • 27 oktyabr, 2023
  • 08:53
Pakistanın Bakıdakı səfirliyində “Kəşmirin Qara Günü” ilə bağlı tədbir keçirilib

Pakistanın Azərbaycandakı səfirliyində “Kəşmirin Qara Günü” ilə bağlı tədbir keçirilib.

"Report" xəbər verir ki, Pakistanın müvəqqəti işlər vəkili Sara İcaz tədbirdə bildirib ki, bu gün Hindistanın Cammu və Kəşmir ştatının bir hissəsini işğal etməsinin 76-ci ildönümüdür.

Diplomat qeyd edib ki, Hindistanın Kəşmirdəki addımları beynəlxalq hüququn, BMT qətnamələrinin və Cenevrə Konvensiyasının açıq şəkildə pozulmasıdır.

Səfirlik nümayəndələri isə bildiriblər ki, Hindistan 2019-cu ildə konstitusiyasının 370 və 35-A maddələrini (Cammu və Kəşmir əyalətinə xüsusi hüquq və imtiyazlar verən) ləğv etdikdən sonra Kəşmir xalqının iztirabları artıb. Qeyd edilib ki, o vaxtdan bəri kəşmirlilərə qarşı bu dövlət tərəfindən dəstəklənən terror və zülmün yeni dalğası başlayıb.

Diplomatlar Azərbaycanın bu məsələdə dəstəyinin Pakistan xalqı üçün vacibliyini də vurğulayıblar.