Pakistanda baş verən zəlzələ zamanı 38 nəfər həlak olub, 646 nəfər yaralanıb - YENİLƏNİB

Pakistanda baş verən zəlzələ zamanı 38 nəfər həlak olub, 646 nəfər yaralanıb - YENİLƏNİB Pakistanda baş vermiş zəlzələ zamanı ölənlərin sayı 38 nəfərə çatıb.
Digər ölkələr
25 Sentyabr , 2019 22:02
Pakistanda baş verən zəlzələ zamanı 38 nəfər həlak olub, 646 nəfər yaralanıb - YENİLƏNİB

Pakistanda baş vermiş zəlzələ zamanı ölənlərin sayı 38 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə TASS ölkənin Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli İdarəsinə istinadən məlumat yayıb.

Məlumata görə, zəlzələ zamanı həmçinin 646 nəfər xəsarət alıb.

Qeyd edilir ki, təbii hadisə nəticəsində 454 ev tamamilə və qismən dağılıb.

"Fövqəladə vəziyyət nəticəsində Mirpur və Bhimder şəhərlərini birləşdirən körpü dağılıb", - deyə idarədən bildirilib. 


***14:43

Pakistanla Hindistan arasındakı sərhəd zonasında dünən baş vermiş 6,3 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb, 459 nəfər yaralanıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Mirpura rayon administrasiyasının nümayəndələri xəsarət alanların 160-nın vəziyyətinin ağır olduğunu bildiriblər.

Qeyd edək ki, yeraltı təkanlar Pakistanın şimal və şimal-şərqində, o cümlədən paytaxt İslamabad şəhərində hiss olunub.

Son xəbərlər

Orphus sistemi