Yuxarı

​Pakistanda zavodun dam örtüyü uçub: 18 nəfər ölüb

Nəticədə 51 nəfər yaralanıb, yüzə yaxın insan dağıntılar altında qalıb

Bakı. 5 noyabr. REPORT.AZ/ Pakistanın şərqində yerləşən Lahor şəhərində zavodun dam örtüyünün uçması nəticəsində 18 nəfər ölüb, 51 nəfər yaralanıb, təqribən 100 nəfər insan isə hələ də dağıntılar altında qalmaqdadır.

"Report" AFP-yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının məlumatında bildirilir.

"Biz 18 meyit, 70-dən çox sağ insan çıxarmışıq, onlardan 51 nəfəri xəsarət alıb və xəstəxanaya yerləşdirilib", —deyə Lahor administrasiyasının yüksəkçinli məmuru Məhəmməd Osman bildirib və xilasetmə işlərinin davam etdiyini diqqətə çatdırıb.

Qəza Sandar sənaye rayonunda yerləşən polietilen paketlər istehsalı fabrikində baş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi