Pakistanda yol qəzasında 12 nəfər ölüb

Pakistanda yol qəzasında 12 nəfər ölüb Pakistanın şimal-şərqində yerləşən Pəncab vilayətinin Qucranvala dairəsində yük maşını ilə iki sərnişin mikroavtobusunun toqquşması nəticəsində azı 12 nəfər ölüb, 8 nəfər yaralanıb.
Digər ölkələr
13 May , 2022 09:59
Pakistanda yol qəzasında 12 nəfər ölüb

Pakistanın şimal-şərqində yerləşən Pəncab vilayətinin Qucranvala dairəsində yük maşını ilə iki sərnişin mikroavtobusunun toqquşması nəticəsində azı 12 nəfər ölüb, 8 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsindən bildiriblər.

Hadisə Qucranvala-Hafizabad şəhərlərarası magistral Kot Ladha yaşayış məntəqəsi ərazisində baş verib. Yük maşını iki sərnişin mikroavtabusu ilə toqquşub. Yük maşının sürücüsü hadisə yerindən qaçaraq gizlənib.

Yaralılar Qucranvala və Hafizabaddakı hospitala yerləşdilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi