Bakı. 24 may. REPORT.AZ/ Pakistanın Sind əyalətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 10 nəfər ölüb, 31 nəfər isə yaralanıb.
"Report" xərbər verir ki, bu haqda TASS məlumat yayıb.
Məlumata görə, Karaçidən Şahdadkota doğru yüksək sürətlə hərəkət edən avtobus aşıb. Yaralı sərnişinlər xəstəxanaya yerləşdirilib. Onlardan 4-nün vəziyyətinin çox ağır olduğu bildirilib. Ölənlərdən üçü uşaqdır.
Polisin məlumatına görə, qəza sürət həddinin aşılması nəticəsində baş verib.