Pakistanda toyda partlayış baş verib, 3 nəfər ölüb, 30-u yaralanıb

Pakistanda toyda partlayış baş verib, 3 nəfər ölüb, 30-u yaralanıb Naməlum silahlı şəxslər toyun keçirildiyi evə bir neçə əl qumbarası atıb
Digər ölkələr
27 Aprel , 2018 18:52
Pakistanda toyda partlayış baş verib, 3 nəfər ölüb, 30-u yaralanıb

Bakı. 27 aprel. REPORT.AZ/ Pakistanın şimal-qərbində toyda partlayış baş verib. 

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, hadisə aprelin 26-da axşam saatlarında Şimali Vəziristan vilayətinin Qulam Xan rayonunda qeydə alınıb.

Naməlum silahlı şəxslər toyun keçirildiyi evə bir neçə əl qumbarası atıb. Nəticədə ən azı 3 nəfər ölüb, 30 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların arasında qadın və uşaqların olduğu da bildirilir.

Polis araşdırma aparır. 

Son xəbərlər

Orphus sistemi