Pakistanda terror hücumu nəticəsində 3 hərbçi ölüb

Pakistanda terror hücumu nəticəsində 3 hərbçi ölüb Hərbçilərin avtomobili motosikletçi tərəfindən atəşə tutulub
Digər ölkələr
18 Sentyabr , 2016 19:53
Pakistanda terror hücumu nəticəsində 3 hərbçi ölüb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Pakistanın şimal-qərbində yerləşən Peşavər şəhəri yaxınlığında hərbçilərdən ibarət qrupa silahlı hücum nəticəsində üç nəfər ölüb.

"Report" xəbər verir ki, polisin məlumatına görə, hərbçilərin avtomobili hadisə yerindən qaçan motosikletçi tərəfindən atəşə tutulub.

İnsidentə görə məsuliyyəti "Taliban" hərəkatından ayrılan "Camaat əl-Əhrar" qruplaşması öz üzərinə götürüb.

Qruplaşma nümayəndəsi Əhsənullah Əhsan bildirib ki, hücum "məscidlərin fəaliyyətinə qarşı çıxan" ordunun mövqeyinə cavab olaraq edilib.

Son xəbərlər

Orphus sistemi