Pakistanda terror aktında əli olmaqda şübhəli bilinən 15 nəfər həbs olunub

Digər ölkələr
  • 28 mart, 2016
  • 09:25
Pakistanda terror aktında əli olmaqda şübhəli bilinən 15 nəfər həbs olunub

Bakı. 28 mart. REPORT.AZ/ Pakistanda hüquq-mühafizə orqanları ötən sutka ərzində Lahordakı terror aktında əli olmaqda şübhəli bilinən 15 nəfəri həbs edib.

"Report" TASS-a istinadən xəbər verir ki, saxlanılanlar arasında artıq şəxsiyyəti müəyyənləşdirilən terrorçu-kamikadzenin üç qardaşı da var. Həmçinin terrorçunun İslam intizam fənnini tədris etdiyi Lahor İslam seminariyasında axtarış və sorğu işləri aparılır.

Xatırladaq ki, martın 27-si axşam kamikadze uşaq parkında üzərindəki partlayıcı qurğunu işə salaraq partlatmışdı. Son məlumatlara görə, hadisə nəticəsində 70 nəfər ölüb, 300-dən çox adam yaralanıb. Ölən və yaralananların əksəriyyəti qadın və uşaqlardır.

44 filmi