Bakı. 26 dekabr. REPORT.AZ/ "Taliban" yaraqlılarının Pakistanın şimal-qərb hissəsində - köçəri tayfaların məskunlaşdığı Şimali Vəziristan əyalətindəki sığınacaqları pilotsuz uçan qurğular vasitəsi ilə bombalanıb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, ordunun Peşavardakı təmsilçisinin sözlərinə görə, Pakistan-Əfqanıstan sərhədində, Şaval vadisində ABŞ-ın pilotsuz uçan qurğularının bombardmanı nəticəsində 7 yaraqlı zərərsizləşdirilib.
O, deyib ki, Kund bölgəsindəki sığınacaqlara ilk həmlədə 4 yaraqlı, Mangroti rayonundakı sığınacaqların ikinci dəfə bombalanması nəticəsində isə Özbəkistandan olan 3 yaraqlı öldürülüb.