Pakistanda silahlıların otelə hücumu zamanı 5 nəfər həlak olub

Pakistanda silahlıların otelə hücumu zamanı 5 nəfər həlak olub Pakistanda silahlı şəxslərin ölkənin cənubundakı Qvadar şəhərindəki beşulduzlu Pearl Continental Hotelə hücumu zamanı 5 nəfər həlak olub.
Digər ölkələr
12 May , 2019 21:12
Pakistanda silahlıların otelə hücumu zamanı 5 nəfər həlak olub

Pakistanda silahlı şəxslərin ölkənin cənubundakı Qvadar şəhərindəki beşulduzlu "Pearl Continental Hotel"ə hücumu zamanı 5 nəfər həlak olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" ölkə ordusunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, ölənlər arasında təhlükəsizlik qüvvələrinin 3 əməkdaşı, otelin xidmətçisi və Hərbi Dəniz Qüvvələrinin 1 nümayəndəsi var.

Qeyd edilir ki, otelin bütün müştəriləri ərazidən təxliyyə edilib. Bundan sonra təhlükəsizlik qüvvələri xüsusi əməliyyat keçiriblər. Əməliyyat nəticəsində silahlı şəxslər zərərsizləşdirilib. Onlar 3 nəfər olublar. 

Son xəbərlər

Orphus sistemi