Pakistanda terrorçular hotelə hücum edib, ərazidə atışma gedir

Pakistanda terrorçular hotelə hücum edib, ərazidə atışma gedir Pakistanın Bəlucistan vilayətindəki Qvadar şəhərində bir neçə silahlı şəxs beşulduzlu Pearl Continental Hotelə hücum edib.
Digər ölkələr
11 May , 2019 18:02
Pakistanda terrorçular hotelə hücum edib, ərazidə atışma gedir

Pakistanın Bəlucistan vilayətindəki Qvadar şəhərində bir neçə silahlı şəxs beşulduzlu "Pearl Continental Hotel"ə hücum edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Pakistanın hüquq-mühafizə orqanlarının nümayəndələri bildirib. 

Hazırda hotel ərazisi polis tərəfindən mühasirəyə alınıb, ərazidən atəş səsləri gəlir. İlkin məlumatlara görə, hotelə üç-dörd yaraqlı daxil olub. 

KİV-də hazırda binanın içərisində azı 70 nəfərin, o cümlədən təxminən 40 Çin vətəndaşının olduğu barədə məlumat yayılıb. Hələlik hücum nəticəsində ölən və yaralananların olub-olmaması barədə məlumat yoxdur. 

Son xəbərlər

Orphus sistemi