Pakistanda ağır yol qəzası qeydə alınıb.
Bu barədə “Report” “Habertürk”ə istinadən xəbər verir.
Qeyd edilir ki, hadisə Pəncab əyalətində baş verib. Peşavara gedən sərnişin avtobusu Attok ərazisində yoldan çıxaraq aşıb. Qəza zamanı azı 15 sərnişin həlak olub, daha 20 nəfər yaralanıb. Yaralıların bir çoxunun vəziyyətinin kritik olduğu bildirilir.
Məlumata görə, hadisəyə yüksək sürət səbəb olub.