Pakistanda qarışıqlıqlar zamanı 3 polis əməkdaşı həlak olub, xəsarət alanlar var

Pakistanda qarışıqlıqlar zamanı 3 polis əməkdaşı həlak olub, xəsarət alanlar var Pakistanın Pəncab əyalətinin şimal-şərqindəki Lahor şəhərində fəaliyyəti qadağan edilmiş “Tehrik-i-Labbayk” radikal təşkilatının tərəfdarları ilə toqquşmalar zamanı 3 polis əməkdaşı şəhid olub, bir neçə asayiş keşikçisi yaralanıb.
Digər ölkələr
23 Oktyabr , 2021 00:52
Pakistanda qarışıqlıqlar zamanı 3 polis əməkdaşı həlak olub, xəsarət alanlar var

Pakistanın Pəncab əyalətinin şimal-şərqindəki Lahor şəhərində fəaliyyəti qadağan edilmiş “Tehrik-i-Labbayk” radikal təşkilatının tərəfdarları ilə toqquşmalar zamanı 3 polis əməkdaşı şəhid olub, bir neçə asayiş keşikçisi yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Dawn” qəzeti şəhər polisinə istinadən məlumat yayıb.

Məlumata görə, oktyabrın 22-də şəhərin müxtəlif yerlərində etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma olub. Radikal təşkilatın bir neçə min tərəfdarı bir gün əvvəl elan edilən, lakin şəhər polisi tərəfindən razılıq verilməyən hökumət əleyhinə yürüşə qatılmaq üçün Lahordan İslamabada gedib.

Ekstremistlər polisə ağac və daş, həmçinin “Molotov” kokteylləri atmağa başlayıblar. Asayiş keşikçiləri buna cavab olaraq gözyaşardıcı qaz tətbiq ediblər. Toqquşmalar zamanı üç polis əməkdaşı həlak olub, daha bir neçəsi ağır vəziyyətdə xəstəxanalara aparılıb.

Pəncab əyalətinin baş naziri Usman Buzdar həlak olanların ailələrinə başsağlığı verib və hadisəyə görə məsuliyyət daşıyanlara qarşı sərt tədbirlərin görülməsi barədə tapşırıq verib.

Son xəbərlər

Orphus sistemi