Lahorda terrorçu-kamikadzenin özünü partlatması nəticəsində ölənlərin sayı 70-ə çatıb - YENİLƏNİB

Lahorda terrorçu-kamikadzenin özünü partlatması nəticəsində ölənlərin sayı 70-ə çatıb - YENİLƏNİB Ölən və yaralananlar arasında çoxlu sayda qadın və uşaq var
Digər ölkələr
28 Mart , 2016 08:23
Lahorda terrorçu-kamikadzenin özünü partlatması nəticəsində ölənlərin sayı 70-ə çatıb - YENİLƏNİB

Bakı. 28 mart. REPORT.AZ/ Pakistanın şərqində yerləşən Lahor şəhərində terrorçu-kamikadzenin özünü partlatması nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb. "Report" BBC-yə istinadən xəbər verir ki, onlardan 29 nəfəri uşaqdır.

Daha əvvəl polis komissarı müavini Məhəmməd Usman yaralananların sayının 190-na çatdığını bildirmişdi.

Bu terror hücumuna görə, məsuliyyəti  "Taliban" hərəkatı öz üzərinə götürüb.

Lahordakı bütün xəstəxanalar gücləndirilmiş rejimdə çalışır. Regionda təhlükəsizliyi təmin etmək üçün ordu işə salınıb.

***21:48

Bakı. 27 mart. REPORT.AZ/ Pakistanın şərqində yerləşən Lahor şəhərində terrorçu-kamikadzenin özünü partlatması nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb, 300-ə yaxın insan yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən "Reuters" agentliyi məlumat yayıb.

***20:04

Pakistanın şərqində yerləşən Lahor şəhərində terrorçu-kamikadzenin özünü partlatması nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Dawn" agentliyi yazıb.

Yüzdən çox yaralının olduğu qeyd edilir. Polisin məlumatına görə, terrorçu partlayıcı qurğunu uşaq parkında işə saldığından, ölən və yaralananlar arasında qadın və uşaqlar çoxdur.

Hadisə şahidlərindən birinin məlumatına görə, parkda martın 27-də qeyd olunan Pasxa bayramı səbəbindən adi vaxtdakından çox adam olub.

***19:41

Pakistanın şərqində yerləşən Lahor şəhərində törədilən partlayış nəticəsində 38 nəfər ölüb, 100-ə yaxın insan yaralanıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, partlayış Qulşan-e-İkbal parkı yaxınlığında baş verib. Polisin ilkin məlumatına görə, partlayışı terrorçu-kamikadze törədib.

Yaralıların əksəriyyəti qadın və uşaqlardır, onların hamısı şəhər xəstəxanalarına yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi