Pakistanda partlayış olub, iki nəfər ölüb

Digər ölkələr
  • 01 noyabr, 2021
  • 06:38
Pakistanda partlayış olub, iki nəfər ölüb

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində terror aktı törədilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “Daun” qəzeti məlumat yayıb.

Bildirilib ki, terror aktı nəticəsində iki nəfər ölüb.

Hökumət açıqlamasında bildirib ki, bu, ölkədə sabitliyi pozmaq istəyən qüvvələrin işidir.