Pakistanda partlayış: 10 nəfər həlak olub, 40-dan çox adam yaralanıb

Digər ölkələr
  • 02 sentyabr, 2016
  • 06:27
Pakistanda partlayış: 10 nəfər həlak olub, 40-dan çox adam yaralanıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Pakistanın şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətinin Mərdan şəhərində iki partlayış olub.

"Report" "Daily Pakistan"a istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər həlak olub, 40-dan çox adam yaralanıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayış sonradan təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilən dörd yaraqlının hücumu nəticəsində baş verib.

Hazırda partlayış sahəsi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb, istintaq-araşdırma tədbirləri həyata keçirilir.

44 filmi