Pakistanda “Omikron” ştamına ilk yoluxma qeydə alınıb

Pakistanda “Omikron” ştamına ilk yoluxma qeydə alınıb Pakistanda “omikron” ştamına ilk yoluxma halı qeydə alınıb.
Digər ölkələr
9 Dekabr , 2021 10:42
Pakistanda “Omikron” ştamına ilk yoluxma qeydə alınıb

Pakistanda “Omikron” ştamına ilk yoluxma halı qeydə alınıb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Virus xaricdən gəlmiş xəstədə aşkarlanıb. Sind əyalətinin Səhiyyə Departamenti Karaçidə xəstəxanaya yerləşdirilmiş xəstənin mümkün təmasda olduğu şəxsləri araşdırır.

Pakistan hökuməti indi yeni ştamın yayılması ilə əlaqədar Zimbabve, Namibiya, Mavriki, Mozambik Lesoto, Botsvana, Esvatini və CAR-dan gələn əcnəbilərin ölkəyə girişinə qadağa qoyub.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikanın cənubunda aşkarlanmış В.1.1.529 ştamını yunan əlifbasının “Omikron” hərfi ilə adlandırıb.

Son xəbərlər

Orphus sistemi