Pakistanda məsciddə partlayışda ölənlərin sayı 72 nəfərə çatıb - VİDEO - YENİLƏNİB-6

Pakistanda məsciddə partlayışda ölənlərin sayı 72 nəfərə çatıb - VİDEO - YENİLƏNİB-6 Pakistanın Peşavar şəhərində məscidlərdən birində törədilən partlayış nəticəsində çoxunun vəziyyəti ağır olmaqla 70 nəfər yaralanıb.
Digər ölkələr
31 Yanvar , 2023 07:10
Pakistanda məsciddə partlayışda ölənlərin sayı 72 nəfərə çatıb - VİDEO - YENİLƏNİB-6

Pakistanın Peşavar şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 150 insan yaralanıb.

Qeyd olunub ki, polis və hərbçilər də daxil olmaqla insanların sıx olduğu məsciddə günorta namazı zamanı kamikadze partlayıcı qurğunu işə salıb.

Hadisə yerində xilasetmə əməliyyatı davam edir və qurbanların sayı arta bilər. Vurğulanıb ki, partlayış zamanı məsciddə 500-ə qədər adam ola bilərdi.

Terrora görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” terror təşkilatı öz üzərinə götürüb.

2023-01-30 23:44

Pakistanın Peşavar şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 61-ə çatıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 157-dən çox insan yaralanıb.

Daha əvvəl məsciddə namaz vaxtı partlayışın baş verdiyi, daha sonra binanın tavanı və divarlarının uçduğu bildirilib. Çoxlu sayda insan dağıntılar altında qalıb.

Partlayışa görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” terror təşkilatı öz üzərinə götürüb.

19:21

Pakistanın Peşavar şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 44-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.

Daha 157 nəfərin yaralandığı qeyd edilir. Qəzet yazır ki, dağıntılar altında insanlar qala biləcəyi üçün terror partlayışı baş verən yerdə xilasetmə əməliyyatı aparılır.

Geo TV-nin məlumatına görə, “Tehreek-e-Taliban Pakistan” hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

16:44

Pakistanın Peşavar şəhərində məsciddə törədilən partlayış nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb. 

“Report” xəbər verir ki, bu barədə yerli “Geo TV” telekanalı məlumat yayıb. 

Hadisə zamanı ərazidə 500-ə yaxın adam olduğu bildirilib.

14:21

Pakistanın Peşavar şəhərində məsciddə törədilən partlayış nəticəsində ölənlərin sayı 25, yaralıların sayı 120-yə çatıb. 

“Report” xəbər verir ki, bu barədə yerli “Geo TV” telekanalı məlumat yayıb. 

13:33

Pakistanın Peşavar şəhərində məsciddə törədilən partlayış nəticəsində 17 nəfər ölüb, 90-dan çox insan yaralanıb.

“Report” “Geo TV”yə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

13:16

Pakistanın Peşavar şəhərində məscidlərdən birində törədilən partlayış nəticəsində çoxunun vəziyyəti ağır olmaqla 70 nəfər yaralanıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsinin məsul əməkdaşı Sikander Xan bildirib.

Onun sözlərinə görə, Pakistanın şimal-qərbində yerləşən Peşavar şəhərində namaz vaxtı məsciddə partlayış törədilib: “Partlayış nəticəsində binanın bir hissəsi çöküb. Dağıntılar altında adamlar qalıb”.

Peşavardakı “Lady Reading” hospitalının sözçüsü Mohammad Asim bildirib ki, yaralıların bəzilərinin vəziyyəti çox ağırdır.

Son xəbərlər

Orphus sistemi