Bakı. 7 mart. REPORT.AZ/ Pakistanın şimal-qərbində, Xeybər-Paxtuva əyalətində terrorçu-kamikadzenin hücumu nəticəsində azı 8 nəfər ölüb, 14 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu haqda yerli "Dawn" agentliyi məlumat yayıb.
Məlumata görə, ölənlərdən ikisi polis əməkdaşıdır.
Terrorçu-kamikadze məhkəmə binasına girmək istəyərkən, polis onu saxlayıb. Ancaq terrorçunun üzərindəki partlayıcı hazır vəziyyətdə olduğundan, polisin açdığı atəş nəticəsində mina işə düşüb. Partlayış nəticəsində yaxınlıqdakı avtomobil də yanıb.
