Yuxarı
    Bağlamaq

    Pakistanda məbəddəki partlayış nəticəsində həlak olanların sayı 43-ə çatıb

    Partlayışa görə məsuliyyəti öz üzərinə İŞİD qruplaşması götürüb

    Bakı. 12 noyabr. REPORT.AZ/ Pakistanın Bəlucistan əyalətindəki məbədlərin birində törədilən partlayış nəticəsində həlak olanların sayı 43-ə çatıb, 100-ə yaxın şəxsin yaralandığı bildirilir. “Report” RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Dawnnəşri yazır.

    Partlayış Bəlucistan əyalətində şənbə günü məbədin həyətində mərasim zamanı baş verib. Məbədin həyətində insident zamanı 500-ədək insan toplaşmışdı. Əvvəl 30 nəfərin həyatını itirdiyi bildirilirdi.

    “Reyters” xəbər verir ki, partlayışa görə məsuliyyəti öz üzərinə İŞİD qruplaşması götürüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi