Pakistanda məbəddə 20 ibadətçi qətlə yetirilib

Digər ölkələr
  • 02 aprel, 2017
  • 16:36
Pakistanda məbəddə 20 ibadətçi qətlə yetirilib
epa/vostock-photo

Bakı. 2 aprel. REPORT.AZ/ Pakistanda məbədin nəzarətçisi və onun əlbir olduğu cinayətkarlar 20 ibadətçini qətlə yetirib.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" xəbər verib.

Məlumata görə, hadisə Pəncab vilayətindəki sufi məbədində baş verib. Hadisə zamanı xəsarət almış daha 4 ibadətçinin vəziyyətinin ağır olduğu bildirilir.

Polisin məlumatına görə, söhbət dini mərasimə aid qətldən gedir. Nəzarətçi və onun 4 cinayət ortağı həbs edilib.

Yerli hospitalın həkimi bildirib ki, çılpaq vəziyyətdə tapılmış meyitlərin bədənlərində küt alətlə kəsilmiş-deşilmiş zərbələrin izləri müəyyən edilib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, məbədin nəzarətçisi ruhi xəstəlikdən əziyyət çəkir. O, törətdiyi qətli etiraf edib.