Pakistanda iyunun ortalarından indiyədək musson leysanlar nəticəsində ölənlərin sayı 238-ə yüksəlib, 187 nəfər xəsarət alıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistanın Təbii Fəlakətlərə Qarşı Mübarizə Milli İdarəsi məlumat yayıb.
Məlumata görə, qeyd olunan müddət ərzində 3 374 yaşayış ev dağıntılara məruz qalıb, 1 009 ev yerlə-yeksan olub, 2 365 ev isə qismən zərər görüb.
Bildirilib ki, ən çox ölüm halları Pakistanın cənub-qərbində baş verib. Belə ki, Bəlucistanda 75, Pəncabda 55, Sindedə 48 və Heybər-Paxtunxvedə isə 47 nəfər ölüb.