Pakistanda körpünün uçması nəticəsində 5 nəfər ölüb

Pakistanda körpünün uçması nəticəsində 5 nəfər ölüb Ümumilikdə 20 nəfəri çay aparıb
Digər ölkələr
13 May , 2018 19:05
Pakistanda körpünün uçması nəticəsində 5 nəfər ölüb

Bakı. 13 may. REPORT.AZ/ Pakistanın cənubunda yerləşən Azad Kəşmir əyalətindəki Nilum vadisində körpünün uçması nəticəsində azı 5 nəfər ölüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarına istinadən "Pakistan Today" nəşri məlumat yayıb.

Polisin məlumatına görə, hadisə zamanı Nilum çayı üzərindən keçən körpüdə 25 nəfər olub. Həmin şəxslərdən azı 20-si çaya düşüb və onları su aparıb. Suya düşən şəxslərdən 5-i boğulub.

Yerli hakimiyyət dairələri xilasetmə əməliyyatı aparıb və nəticədə 6 nəfər xilas edilib. Lakin güclü külək və suyun soyuq olması axtarış işlərini çətinləşdirir.

Son xəbərlər

Orphus sistemi