Bakı. 11 aprel. REPORT.AZ/ Pakistan Hərbi Məhkəməsi 2016-cı ildə Bəlucistan vilayətində casusluğa görə həbs edilmiş şəxs barəsində ölüm cəzası çıxarıb.
"Report"un məlumatına görə, bu barədə "Sinhua" agentliyi xəbər verib.
Xəbərdə bildirilir ki, həmin şəxs Hərbi Hava Qüvvələrinin zabiti Kulbuşan Sudhir Cadavdır. O, Hüseyn Mübarək Patel adıyla tanınıb. Kulbuşan Sudhir Cadav Hindistanın Kəşfiyyat Agentliyinin təhqiqat və analiz şöbəsinin əməkdaşı olub.
Həmin şəxs 2016-cı ilin 3 martında Bəlucistanda keçirilmiş əks-kəşfiyyat əməliyyatı zamanı şpionaj və sabotajda iştirakla əlaqədar həbs edilib.