Pakistanda güclü zəlzələ baş verib

Pakistanda güclü zəlzələ baş verib Pakistanın qərbində 5,4 bal gücündə zəlzələ baş verib.
Digər ölkələr
19 Mart , 2024 05:46
Pakistanda güclü zəlzələ baş verib

Pakistanın qərbində 5,4 bal gücündə zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, yeraltı təkanların episentri təxminən 27,6 min nəfər əhalisi olan Nuşki şəhərindən (Bəlucistan əyaləti) 68 km şimal-qərbdə yerləşib, ocağı isə 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi