Pakistanda partlayış törədilib, 2 ölü, 18 yaralı var
- 15 fevral, 2017
- 12:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 15 fevral. REPORT.AZ/ Pakistanın Əfqanıstanla sərhədi yaxınlığında yerləşən Peşavar şəhərindəki törədilən partlayış nəticəsində 2 nəfər ölüb, 18 nəfər isə yaralanıb.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, hadisə şəhərin Həyatabad səhiyyə kompleksi yaxınlığında törədilib.
Məlumata görə, 2 terrorçu-kamikadze motosikletlə kompleksin yaxınlığındakı hökumət işçisinin xidməti avtomobilinə çırpıldıqdan sonra partlayış olub.
Xəbərdə bildirilir ki, Pakistanın müxalifətdə olan “Təhrike-e-İnsaf” Partiyasının lideri İmran Xan tibbi mərkəzə getməyə hazırlaşırmış. Onun xəsarət almadığı vurğulanıb.
Hadisənin detalları barədə ətraflı məlumat yayılmayıb.
Partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.