Yuxarı

​Pakistanda daşqınlar nəticəsində 29 nəfər ölüb

20 nəfər itkin düşüb

Bakı. 8 avqust. REPORT.AZ/ Pakistanda son üç gündə yağan leysan yağışlarından sonra əmələ gələn daşqınlar nəticəsində ən azı 29 nəfər ölüb, daha 20 nəfər itkin düşüb.

"Report" "Sinxua"ya istinadən xəbər verir ki, Sind əyalətinin Karaçi şəhərində 14 nəfər ölüb, daha bir neçə nəfər itkin düşmüş hesab olunur.

Eyni zamanda şəhərin bir çox rayonlarında elektrik enerjisinin verilişində problem yaranıb.

Öz növbəsində Bəlucistan əyalətinin Hanay şəhərində 8 nəfər ölüb, 5 nəfər yaralanıb. Bununla yanaşı, ölkənin bəzi cənub və cənub-qərb regionlarının sakinləri həyatlarını itirib. Bir çox cənub rayonlarında yollar su altında qalıb.

Bundan əvvəl Makedoniyanın paytaxtı Skopyedə güclü yağışlar nəticəsində baş verən daşqınlar zamanı 21 nəfərin öldüyü xəbər verilmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi