Bakı. 4 aprel. REPORT.AZ/ Pakistanda ölkənin şimal-qərbində yağan leysan yağışlarının səbəb olduğu şiddətli daşqında azı 53 adam ölüb.
"Report" BBC-yə istinadən xəbər verir ki, leysan yağışlar aprelin 2-dən başlayıb. Nəticədə Kəşmir, Xayber-Paxtunxva və Gilgit-Baltistan əyalətləri su altında qalıb.
Pakistanın təbii fəlakətlərlə mübarizə xidmətinin nümayəndəsi Lətif Rəhmanın sözlərinə görə, həftə sonu leysan yağışlarına və daşqınlara görə onlarla adam xəsarət alıb və xəstəxanalara yerləşdirilib.
Daşqın zonasına ilkin zərurət predmetləri, ərzaq və dərman göndərilib.