Yuxarı

Pakistanda baş vermiş atışmada 6 nəfər ölüb

Ölənlər hərbçilərdir

Bakı. 25 avqust. REPORT.AZ/ Pakistanda baş vermiş atışmada 6 nəfər ölüb, 2 nəfər yaralanıb.

"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, hadisə ölkənin cənub-qərbində baş verib.

Şahidlərin sözlərinə görə, naməlum şəxslər Bəlucistan əyalətində hərbi avtomobilə atəş açıblar.

Ölənlərin hərbçilər olduğu bildirilir.

Hadisəyə görə məsuliyyəti heç bir təşkilat üzərinə götürməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi