Bakı. 16 dekabr. REPORT.AZ/ "Taliban" terror təşkilatı Pakistanın Xeybər-Paxtunxva əyalətinin Peşavar şəhərinin şimal-qərbindəki hərbi məktəbə həyata keçirdiyi silahlı basqını öz üzərinə götürüb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, terror təşkilatının bununla bağlı yaydığı bəyanatda aksiyanın Pakistan hakimiyyətindən "qisas" almaq üçün törədildiyi bildirilir.
Pakistanın baş naziri Nəvaz Şərif baş vermiş qanlı hadisəni "milli faciə" adlandırıb.
Xeybər-Paxtunxva əyaləti hökumətinin başçısı bölgədə matəm elan edildiyini bildirib.
"Reuters"in məlumatına görə, silahlı basqın nəticəsində 104 nəfər, o cümlədən 84 uşaq ölüb.