Bakı. 13 aprel. REPORT.AZ/ Pakistanın şimal-şərqində yerləşən Pəncab əyalətində yük maşını ilə avtobusun toqquşması nəticəsində ən azı 18 nəfər ölüb, 14 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə yerli KİV-ə istinadən "Sinxua" agentliyi məlumat yayıb.
İnsident çərşənbə günü səhər Feysalabad şəhərində baş verib. Sadiqabad şəhəri istiqamətində hərəkətdə olan avtobusda qəza zamanı 50-dən çox adam olub.
Polisin məlumatına görə, avtobus sürücüsü sürət həddini aşıb və bu da yol qəzasına səbəb olub.