Pakistanda avtobus qəzaya uğrayıb, 7 nəfər ölüb

Pakistanda avtobus qəzaya uğrayıb, 7 nəfər ölüb Pakistanın Pəncab vilayətində sərnişin avtobusunun estakadadan aşması nəticəsində 7 nəfər ölüb, daha 28 nəfər xəsarət alıb.
Digər ölkələr
4 Oktyabr , 2021 12:09
Pakistanda avtobus qəzaya uğrayıb, 7 nəfər ölüb

Pakistanın Pəncab vilayətində sərnişin avtobusunun estakadadan aşması nəticəsində 7 nəfər ölüb, daha 28 nəfər xəsarət alıb.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Bildirilib ki, hadisəyə səbəb avtobusun təkərinin partlaması nəticəsində sürücünün idarəetməni itirməsi olub. Beş nəfər hadisə yerində, daha iki nəfər xəstəxanada keçinib.

Xəsarət almış bütün şəxslər xəstəxanaya yerləşdirilib, onlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi