Bakı. 24 sentyabr. REPORT.AZ/ Pakistanda avtobusun çaya yuvarlanaraq düşməsi nəticəsində 24 nəfər ölüb.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə Pakistan polisi bildirib.
İnformasiyaya görə, sürətlə hərəkət edən avtobus Kəşmirdə gur axan çaya düşüb.
Hadisənin səbəbi hələlik məlum deyil.