Bakı. 22 dekabr. REPORT.AZ/ Pakistanda bir neçə həftə ərzində ən ağır cəzaya məhkum edilən 500-ə yaxın terrorçu edam ediləcək. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu barədə Pakistanın daxili işlər naziri Çoudri Nisar Əli Xan bildirib.
Dekabrın 17-də Pakistanın baş naziri Nəvaz Şərif ölkədə 2008-ci ildən qüvvədə olan ölüm cəzası ilə bağlı moratoriumu aradan qaldırıb. Bu qərar "Təhrik-i-Taliban Pakistan" qruplaşması yaraqlılarının dekabrın 16-da Peşəvar şəhərinin (Heybər-Pantunxva əyaləti) orta məktəblərinin birinə hücumundan sonra qəbul edilib.
Terror aktında 130-u uşaq olmaqla 148 nəfər həlak olub.