​Pakistanda 40 nəfər spirtli içkidən zəhərlənərək ölüb

​Pakistanda 40 nəfər spirtli içkidən zəhərlənərək ölüb Zəhərlənməyə keyfiyyətsiz alkoqollu içkidən istifadə səbəb olub
Digər ölkələr
24 Mart , 2016 18:48
​Pakistanda 40 nəfər spirtli içkidən zəhərlənərək ölüb

Bakı. 24 mart. REPORT.AZ/ Pakistanın Karaçi şəhərində ən azı 40 nəfər keyfiyyətsiz alkoqollu içkidən zəhərlənərək ölüb.

"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən "ARY News" telekanalı məlumat yayıb.

Məlumata görə, zəhərlənmə nəticəsində təqribən 14 nəfər xəstəxanaya yerləşdirilib və hazırda müalicə olunur. Ölənlərdən ikisi qadındır. Zəhərlənənlərin əksəriyyəti Holi bayramını qeyd edən induizm dininin nümayəndələridir.

Son xəbərlər

Orphus sistemi