​Pakistanda 12 silahlı zərərsizləşdirilib

​Pakistanda 12 silahlı zərərsizləşdirilib Onların arasında Livan "Hizbullah"ının komandirlərindən biri də var
Digər ölkələr
1 Mart , 2016 10:48
​Pakistanda 12 silahlı zərərsizləşdirilib

Bakı. 1 mart. REPORT.AZ/ Pakistan Hərbi Hava Qüvvələrinin havadan zərbələri nəticəsində 12 silahlı zərərsizləşdirilib.

"Report" xəbər verir ki, bu haqda yerli "Dawn" agentliyi məlumat yayıb.

Məlumata görə, antiterror əməliyyatı ölkənin Şimali Vəziristan əyalətində keçirilib.

Əməliyyat nəticəsində "Təhrik-e-Taliban Pakistan" terrorçu qruplaşmasının Şəvval yaşayış məntəqəsindəki 3 sığınacaq yeri dağıdılıb.

Öldürülən silahlılar arasında Livan "Hizbullah"ının komandirlərindən biri də var.

Qeyd edək ki, ötən həftə Pakistan ordusu Əfqanıstanla sərhəd bölgəsində antiterror əməliyyatının sonuncu mərhələsinin başlandığını bildirmişdi. 

Son xəbərlər

Orphus sistemi