Pakistan XİN Hindistan təyyarələrinin vurulmasını şərh edib

Pakistan XİN Hindistan təyyarələrinin vurulmasını şərh edib Pakistan XİN: Kəşmirdə Hindistan təyyarələrinin vurulmasının məqsədi özünümüdafiəyə istək və hazırlığın nümayişi olub
Digər ölkələr
27 Fevral , 2019 12:44
Pakistan XİN Hindistan təyyarələrinin vurulmasını şərh edib

Bakı. 27 fevral. REPORT.AZ/ "Kəşmirdə Hindistan təyyarələrinin vurulmasının məqsədi özünümüdafiəyə istək və hazırlığın nümayişi olub".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Daha əvvəl Pakistan ordusu səhər saatlarında mübahisəli Kəşmir bölgəsində ölkənin hava məkanın pozan Hindistanın iki hərbi təyyarəsini vurduğunu bəyan edib.

"Pakistanın hava qüvvələri bu gün Pakistanın hava məkanından nəzarət xətti üzrə zərbələr endirib. Bu, Hindistan tərəfdən davam edən təcavüzə cavab zərbələri deyildi. Pakistan insan tələfatının qarşısını almaq üçün hərbi hədəflərə hücum etməyib. Yeganə məqsəd hüququmuzu, özünümüdafiəyə istək və hazırlığımızı nümayiş etdirmək olub", - XİN-in bəyanatında deyilir.

Nazirik həmçinin münaqişənin gərginləşməsinin məqsəd olmadığını, lakin məcburiyyət halında Pakistanın bunu etməyə tam hazır olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi