Yuxarı

Pakistan HHQ Hindistanın iki qırıcı təyyarəsini vurub, bir pilot girov götürülüb

​Pakistan HHQ Hindistanın iki qırıcı təyyarəsini vurub
© İndia Today

Bakı. 27 fevral. REPORT.AZ/ Pakistan Hərbi Hava Qüvvələri ölkənin hava məkanın pozan iki Hindistan qırıcı təyyarəsini vurub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin mətbuat katibi, general-mayor Asif Qafur bildirib.

Onun sözlərinə görə, vurulmuş qırıcılardan birinini pilotunu girov götürüblər.

"India Today" nəşrinin məlumatına görə, hadisə Cammu və Kəşmirdə, Bağdam rayonunda baş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi