Yuxarı

​Pakistan prezidentinin oğluna qarşı sui-qəsd törədilib

Hadisə nəticəsində 3 nəfər ölüb

Bakı. 25 may. REPORT.AZ/ Pakistan prezidenti Məmnun Hüseynin oğlu Tələt Məmnunu müşayiət edən avtomobil karvanının getdiyi yolun üstündə partlayış baş verib.

"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Hücum ölkənin qərbində yerləşən Bəlucistan əyalətinin Xab şəhərində olub.

Hadisə nəticəsində 3 nəfər ölüb, 13 nəfər, o cümlədən prezidentin oğlunu müşayiət edən 4 polis əməkdaşı xəsarət alıb.

Tələt Məmnun isə partlayışdan salamat qurtarıb.

Hələlik hadisənin məsuliyyətini heç bir terrorçu qruplaşma üzərinə götürməyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi