Pakistan Prezidenti Milli Assambleyanın buraxılmasını təsdiqləyib

Pakistan Prezidenti Milli Assambleyanın buraxılmasını təsdiqləyib Pakistan Prezidenti Arif Alvi Baş nazir Şahbaz Şərifin göndərdiyi Milli Assambleyanın (parlamentin aşağı palatası) vaxtından əvvəl buraxılması barədə sənədi təsdiqləyib.
Digər ölkələr
9 avqust 2023 20:41
Pakistan Prezidenti Milli Assambleyanın buraxılmasını təsdiqləyib

Pakistan Prezidenti Arif Alvi Baş nazir Şahbaz Şərifin göndərdiyi Milli Assambleyanın (parlamentin aşağı palatası) vaxtından əvvəl buraxılması barədə sənədi təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti X sosial şəbəkəsində (keçmiş tviter - red.) məlumat yayıb.

“Prezident Arif Alvi konstitusiyanın 58-1-ci maddəsinə uyğun olaraq Baş nazirin məsləhəti ilə Milli Məclisi buraxıb”, - məlumatda bildirilir.

Bununla da Şahbaz Şərif hökumətinin səlahiyyətlərinə xitam verilir.

İstefa verən Nazirlər Kabinetini əvəz etmək üçün müvəqqəti hökumət yaradılacaq. Eyni zamanda, müvəqqəti baş nazirin namizədliyi hələ müəyyən edilməyib. Şahbaz Şərif Milli Məclisdəki müxalifət lideri ilə birlikdə respublikaya müvəqqəti kimin rəhbərlik edəcəyinə qərar verməlidir. Əgər onlar üç gün ərzində namizədlə bağlı razılığa gələ bilməsələr, o zaman bu məsələ iqtidar və müxalifət nümayəndələrinin bərabər sayda təmsil olunduğu parlamentin xüsusi komitəsinə tapşırılacaq. Konsensusa gəlmək üçün parlament komitəsinə də üç gün vaxt veriləcək. Siyasətçilər bu məsələdə razılığa gələ bilməsələr, son seçimi Pakistan Seçki Komissiyası verəcək.

Son xəbərlər

Orphus sistemi