Bakı. 20 dekabr. REPORT.AZ/ Pakistanın Xeybər əyalətində "Taliban"a qarşı aparılan hərbi əməliyyat nəticəsində öldürülən yaraqlıların sayı 119-a çatıb.
"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bu barədə Pakistan ordusunun təmsilçiliyindən yayılan açıqlamda bildirilib. "Ordunun baş qərargah rəisi, briqada generalı Rahil Şərif Xeybər əyalətində "taliban" yaraqlılarına qarşı döyüşən əsgərlərlə görüşüb.
Son iki gündə keçirilən quru əməliyyatı nəticəsində 62, hava həmlələrində isə 57 yaraqlı öldürülüb", - rəsmi məlumatda qeyd olunub.
Bundan öncə Pakistan ordusu bildirmişdi ki, dekabrın 17-dən Heybər əyalətində "taliban"a qarşı başlayan əməliyyat nəticəsində 400-dən çox yaraqlı zərərsizləşdirilib.