Yuxarı

​Pakistan nüvə başlığı daşıya bilən raketi sınaqdan keçirib

Üç min kilometr uzaqlıqdakı hədəfi vura biləcək Ghauri-III raketinin hazırlanması üzərində işlər davam edir

Bakı. 15 aprel. REPORT.AZ/ Pakistan nüvə başlığı daşıya bilən ballistik raketi sınaqdan keçirib. "Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyi məlumat yayıb. 

Xəbərə görə, "Ghauri" adlı raket 1300 km uzaqlıqdakı hədəfi vura, həmin məsafəyə nüvə və adi döyüş başlığı daşıya bilir.

Pakistan prezidenti Məmnun Hüseyn və baş nazir Nəvaz Şərif raketin sınaqdan uğurla keçməsi münasibətilə alimləri və mühəndisləri təbrik edib.

Məlumatda bildirilib ki, "Ghauri" raketinin istehsalına 1990-cı ildən başlanılıb. İlk uğurlu sınaq 1998-ci ildə keçirilib. 2 min km uzaqlıqda yerləşən hədəfi vura bilən "Ghauri-II" raketinin uğurlu sınağı 1999-cu ildə olub. Üç min km uzaqlıqdakı hədəfi vura biləcək "Ghauri-III" raketinin hazırlanması üzərində işlər davam edir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi