Pakistan Hindistanın yaşayış məntəqələrini atəşə tutub

Pakistan Hindistanın yaşayış məntəqələrini atəşə tutub Bakı. 28 fevral. REPORT.AZ/ Pakistan Hindistanın şimalında yerləşən yaşayış məntəqələrini atəşə tutub.
Digər ölkələr
28 Fevral , 2019 08:19
Pakistan Hindistanın yaşayış məntəqələrini atəşə tutub

Bakı. 28 fevral. REPORT.AZ/ Pakistan Hindistanın şimalında yerləşən yaşayış məntəqələrini atəşə tutub.

"Report" "Asian News International" nəşrinə istinadən xəbər verir ki, hadisə Hindistanın Cammu və Kəşmir ştatında baş verib.

Bildirilir ki, Hindistan hərbçiləri Punç dairəsində Pakistanın hücumunu dəf edə biliblər.

Daha əvvəl Ağ ev Hindistan və Pakistanı vəziyyəti sabitləşdirməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi